Merkel: “Rusiya məsuliyyət daşıyır”

Merkel: “Rusiya məsuliyyət daşıyır”
08:57 20 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel "Normand dördlüyü" liderlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.
 
"Biz açıq şəkildə bildirdik ki, Rusiya Suriyada siyasi prosesin başlanmasına görə məsuliyyət daşıyır. O məsuliyyət ki, tək bu gün deyil, uzunmüddətli perspektivdə də qüvvədə qalmalıdır. Rusiya humanitar və siyasi sahələrdə mühüm qərarlar verməlidir", deyə A.Merkel bildirib.
 
Xatırladaq ki, oktyabrın 19-da Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR