Putin:“Bu sahədə irəliləyiş cüzidir”

Putin:“Bu sahədə irəliləyiş cüzidir”
08:57 20 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

"Normand dördlüyü" liderləri Minsk razılaşmalarına sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Berlində bəyan edib.
 
"Görüşdə həmçinin ATƏT-in Ukraynadakı missiyasının genişləndirilməsinə dair razılığa gəlinib", deyə V.Putin vurğulayıb.
 
Onun sözlərinə görə, görüşdə bir sıra humanitar xarakterli məsələlərə də aydınlıq gətirilib: "Bu sahədə irəliləyiş cüzidir".
 
Xatırladaq ki, oktyabrın 19-da Berlində "Normand dördlüyü" liderlərinin görüşü baş tutub.l Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar "bağlı qapılar" arxasında keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR