Salahutdinov “Apple”ın direktoru təyin olundu

Salahutdinov “Apple”ın direktoru təyin olundu
09:05 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Karnegi-Mellon Universitetinin professoru Ruslan Salahutdinov "Apple" korporasiyasının süni intellektin tədqiqatı üzrə direktoru təyin olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, R. Salahutdinov "Siri" səsli köməkçi funksiyasının daha da təkmilləşdirilməsi ilə məşğul olacaq. Onun başçılıq etdiyi komandaya insanlıq üçün vacib, irimiqyaslı məsələlərin həlli tapşırılacaq. "Apple" süni intellektlə bağlı texnologiyaların təkmilləşdirilməsi işinə ən yaxşı ekspertləri cəlb edəcək. Süni intellektin inkişafı nəticəsində insanların elektronika sistemlərinə müdaxiləsi ehtiyacı aradan qaldırılacaq.
 
R. Salahutdinov ABŞ-ın Pittsburq şəhərində yaşayır. O, 2001-ci ildə Şimali Karolinadakı Hay Poynt (High Point) Universitetində riyaziyyat və kompüter elmləri üzrə bakalavr, 2003-cü ildə Toronto Universitetində magistr dərəcəsi alıb. 2009-2011-ci illərdə Massaçusets Texnologiya İnstitutunda süni intellekt üzrə tədqiqatlar aparıb. 2011-2016-cı illərdə Toronto Universitetində çalışıb, hazırda isə Pitssburqdakı Karnegi-Mellon Universitetinin professorudur. 100-dən çox elmi məqalənin müəllifidir. R. Salahutdinov "Apple"dakı vəzifəsi ilə paralel universitetdə işləməyə davam edəcək. Karnegi-Mellon Universiteti dünyada robot texnologiyaları üzrə Ph.D. dərəcəsi verən azsaylı ali məktəblərdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/481048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR