Nazir: "Bir sıra vacib problemlərin qısa zamanda həllinə ehtiyac var"

Nazir: "Bir sıra vacib problemlərin qısa zamanda həllinə ehtiyac var"
09:22 20 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən bir ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunduğu məqaləsində deyilir.

Nazirin sözlərinə görə, yeni hədəflərə nail olmaqdan ötrü bir sıra vacib problemlərin qısa zaman ərzində həllinə ehtiyac var: "Məsələn, əgər müqayisə aparsaq, görərik ki, elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiyada 1,35 kVt, Qazaxıstanda - 1,25 kVt, Avropa İttifaqında - 1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dır. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaqdır.
Digər tərəfdən ölkədə elektrifikasiya səviyyəsi yüksək olsa da, hələ ki 100% deyil. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycandan geridə qalan əksər ölkələr innovativ qanunvericilik və qiymət yanaşmalarından istifadə etməklə, özəl sektoru səfərbər edərək ucqar bölgələrin enerji ilə təminatı üçün optimal yollar tapmışdır. Azərbaycanda da regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət "İnkişaf və yenidənqurma proqramı" hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvurma sistemlərinin  elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlığının yüksəldilməsinə kömək göstərəcəkdir. Proqramın ikinci hissəsini  növbəti 3 il müddətində bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və "2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı"nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir.Bunun da nəticəsində regionlarda olan istehlakçıların elektrik enerjisi təchizatı tam  həllini tapacaqdır".

N. Əliyev əlavə edib ki, bir neçə il əvvəl regionların lazımi generasiya güclərinə malik olmaması və respublikada elektrik enerjisi istehlakının böyük hissəsinin sənaye mərkəzi Bakının və bütövlükdə Abşeron yarımadasının payına düşməsi itkilərin yüksək olması ilə nəticələnib: "Belə ki, sənaye mərkəzinin tələbatını ödəmək üçün elektrik enerjisi əsas elektrik stansiyalarının yerləşdiyi Qərb və Cənub bölgələrindən yüksək gərginlikli 220, 330, 500kV-luq elektrik verilişi xətləri ilə ötürülürdü ki, bu da təchizatın etibarlığının azalması, itkilərin isə çoxalmasına yol açırdı. Son illər sektorda həyata keçirilən tədbirlər nəticəsində bu problemlər qismən həllini tapsa da, enerji itkisinə şərait yaradan amillər hələ tam aradan qaldırılmayıb. Belə ki, Azərbaycanda enerji itkilərinin əsas səbəblərindən biri böyük elektrik stansiyalarının enerjinin daha çox istehlak olunduğu paytaxt və ətrafından xeyli uzaqda yerləşməsidirsə, digər səbəb elektrik və təbii qazın ötürülməsi prosesində istifadə olunan xətlərin  köhnəliyi ilə bağlıdır.Respublikanın enerji sisteminin əsas ötürücü xətlərinin çoxu, yarımstansiyaların böyük əksəriyyəti sovet dövründən qalır və bu da enerji itksinə səbəb olur. Son illərdə bu itkilərin azlması istiqamətində Bakı ətrafında və Sumqayıtda yeni elektrik stansiyaları tikilmiş, elektrik enerjisi istehsalında xammal kimi neft məhsullarından təbii qaza keçilmiş, elektrik verilişi xətlərivə qaz ötürücü boruları yeniləri ilə əvəz olunmuşdur. Görülən çoxsaylı tədbirlər sayəsində itkilər əvvəlki illərlə müqayisədə xeyli azalsa da, problem hələ qalmaqdadır.
Beynəlxalq təcrübə göstərir ki, enerji itkilərinin azalması, enerji satışı üzrə yığım səviyyəsinin artırılması və etibarlığın  yüksəldilməsinin ən optimal üsulu özəl sektorun bu sahədə iştirakına şərait yaratmaqdır. Çünki özəl sektorun iştirakı,bu sahəyə vaxtlı-vaxtında investisiya yatırımı ilə yanaşı, daha səmərəli texnologiya və biznes proseslərindən istifadəni, işçi heyətininmotivasiyasını, son nəticədə isə səmərəliliyi, qənaətcilliyi və itkilərin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yeni smartfonda 3D olacaq

23 May 2017 07:27

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub: 19 ölü, 50 yaralı - FOTO

23 May 2017 07:27

Melanya Tramp İsraildə qırmızı xalı ilə gedərkən ərinin əlini kənara itələyib

23 May 2017 07:22

Tereza Mey Mançesterdəki partlayışları "dəhşətli terror aktı" adlandırıb

23 May 2017 07:15

İsveçin hava limanında BOMBA HƏYƏCANI

23 May 2017 07:13

Telegram-da artıq ödənişlər etmək olar

23 May 2017 07:12

Qobustanda gənc oğlan naməlum şəxslər tərəfindən döyülüb

23 May 2017 07:02

Ev üçün gözəl aksessuarlar - FOTO

23 May 2017 06:32

Boliviya prezidenti Donald Trampı zalım adlandırıb

23 May 2017 06:32

Venesuelada etiraz aksiyaları: 2 ölü

23 May 2017 06:15

Məşhur futbolçu öz toyuna əsayla gəldi - FOTO

23 May 2017 06:13

Antonio Konte İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

23 May 2017 06:02

Özünü 5-ci mərtəbədən atan gənc öldü

23 May 2017 05:59

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23 May 2017 05:32

Fransada ev və emalatxana - FOTO

23 May 2017 05:32

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05