Sorğu: ABŞ-da izləyicilərin əksəriyyəti debatların yekununda Hillari Klintona üstünlük verib

Sorğu: ABŞ-da izləyicilərin əksəriyyəti debatların yekununda Hillari Klintona üstünlük verib
09:22 20 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton tamaşaçıların əksəriyyətinin fikrincə, respublikaçı-rəqibi Donald Trampla debatların üçüncü mərhələsində qələbə qazanıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, bunu telekanalın "Opinion Research Corporation" ilə birlikdə müzakirələrdən dərhal sonra keçirdiyi sorğunun nəticələri göstərir.
Belə ki, tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa səs verib.
İki əsas rəqib arasında son debatlar Nevada ştatında, Las-Veqasda keçirilib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/sorgu-abs-da-izleyicilerin-ekseriyyeti-debatlarin-yekununda-hillari-klintona-ustunluk-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR