20 OKTYABR

20 OKTYABR
09:23 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

1141–ci il. Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami) doğum günüdür (1141-1209). Nizaminin “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.

1922–ci il. Xalq Artisti, görkəmli müğənni Şövkət Ələkbərovanın doğum günüdür (1922-1993). Şövkət Ələkbərova məlahətli səsi ilə Azərbaycan musiqisini keçmiş SSRİ məkanında, eləcə də Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə tanıdıb.


1913–cü il. Tanınmış şair Əhməd Cəmilin (Cəmilzadə Əhməd Səttar oğlu) doğum günüdür (1913-1977). O, bir çox ədəbi nəşrlərə rəhbərlik edib, rus, ukraynalı, gürcü, belorus, özbək şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1981–ci il. Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib. İnşası 1974-cü ildə başlanan elektrik stansiyası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir. “Azərbaycan” İES Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən etibarən 20 oktyabr - “Azərbaycanda energetiklərin peşə bayramı günü” kimi qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR