Azərbaycanda açıq ürək əməliyyatlarına son qoymaq olar - NECƏ?

Azərbaycanda açıq ürək əməliyyatlarına son qoymaq olar - NECƏ?
09:27 20 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Açıq ürək əməliyyatlarının sinə açılmadan qapalı bir şəkildə, mini invaziv deyilən kiçik kəsiklər vasitəsilə aparılması artıq dünyada da, ölkəmizdə də aktual olan bir məsələdir". Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

O bildirib ki, qapalı ürək əməliyyatları artıq ölkəmizdə də tətbiq olunmağa başlayıb: "Amma qapalı ürək əməliyyatlarında istifadə olunan avadanlıqların və ləvazimatların açıq cərrahiyədə istifadə olunanlardan qat-qat bahalı olduğunu nəzərə alsaq, bu gün üçün bu tip əməliyyatları ölkədə kütləvi şəkildə tətbiq etmək bir çox tibb mərkəzləri üçün problemdir. Çünki icbari tibbi sığorta tərəfindən də dəstək olmayınca, qapalı ürək əməliyyatlarının aparılması çətindir. Tibb mərkəzlərində həkimlər bununla əlaqədar təlimlərdən keçirlər və Bakıda artıq tətbiq olunmağa başlayan qapalı ürək əməliyyatları yaxın gələcəkdə geniş vüsət alacaq. Amma bu əməliyyatların maliyyə dəyərlərinin tibbi sığorta tərəfindən də yüksək texnoloji əməliyyatlara dəstək formatı altında dəstək verildiyi zaman xəstələr kütləvi şəkildə bu əməliyyatlardan yararlana biləcəklər. Eyni zamanda, həkimlər bu əməliyyatları tətbiq etdikcə geniş təcrübə qazanacaqlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR