"Tariflərə faizlər şəklində ödəmələrin tətbiqi böyük əhəmiyyət kəsb edir"

"Tariflərə faizlər şəklində ödəmələrin tətbiqi böyük əhəmiyyət kəsb edir"
09:34 20 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

"Son illər enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı xüsusi aktuallıq kəsb etməkdədir. "Avropa İttifaqı-2020” strategiyasından da görünür ki, Avropa İttifaqı ölkələri 2020-ci ilə qədər enerjiyə 20% qənaət etmək, daha az CO2 emissiyası və 20% alternativ və bərpa olunan enerji resurslarından istifadəyə nail olmaq məqsədini qarşıya qoyublar". "APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunduğu məqaləsində deyilir.

 

Nazirin sözlərinə görə, enerjiyə tələbatın azaldılmasında ondan səmərəli istifadə mühüm rol oynayır: "Eyni zamanda, artan təmiz enerji ehtiyatları neft və qaz kimi ənənəvi enerji resurslarından  geniş istifadəni də  məhdudlaşdırır.Enerji resurslarından səmərəli istifadənin təminatı üçün, ilk növbədə, enerji təchizatı prosesinə iqtisadi təsir tədbirlərinin bazası kimi iqtisadiyyatın bütün sahələrində enerjitutumlu texnoloji proseslər və məhsul növləri üçün enerji resurslarının xüsusi sərfi üzrə dövlət standartları və normaları sisteminin hazırlanması vacibdir".
 

N. Əliyev əlavə edib ki, bununla yanaşı, enerji resurslarından səmərəli istifadəni təmin edən dövlət tarif və qiymətlər siyasətinin mütəmadi təkmilləşdirilməsi və enerji resurslarından səmərəli istifadəyə görə onların normativlərdən artıq sərfindən asılı olaraq, qüvvədə olan qiymət və tariflərə müxtəlif faizli əlavələr şəklində ödəmələrin tətbiq edilməsi də böyük əhəmiyyət kəsb edir: "Bu tədbirlər nəticəsində, 2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə artmaqla təxminən 13000 ABŞ dolları səviyyəsinə çatması perspektivini nəzərə alaraq, 2020-ci ilədək əhalinin 99,9%-nin elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaqdır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR