Dollar bahalaşır

Dollar bahalaşır
09:39 20 Oktyabr 2016
214 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 19-u ilə müqayisədə 0,19% bahalaşaraq 1,6030 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,04% möhkəmlənərək 1,7573 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 19-u ilə  müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsində qərarlaşıb.

 

Türkiyə lirəsinin məzənnəsi isə 1,2% möhkəmlənərək 0,5233 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9682 manatdır. Beləliklə, funt sterlinq 0,18%-lik artım nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,29% bahalaşaraq 0,6807 manat təşkil edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR