Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarabağın həlli: Bakı yalnız bu varianta razılıq verib

Qarabağın həlli: Bakı yalnız bu varianta razılıq verib

Date: 20 October 2016 09:42

Ermənistan nə qədər bundan imtina etsə də, Azərbaycan mərhələli həll variantına "hə" deyib və rəsmi Bakı hazırda diqtə edən tərəfdir.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək status verməyə hazır olması çox ciddi bir addımdır:
 
"Bu, faktiki olaraq Azərbaycan tərəfindən kompromis anlamına gəlir. Yəni Dağlıq Qarabağı vilayət əvəzinə muxtar respublika kimi tanımağa hazırıq. Çünki Dağlıq Qarabağı nə vaxtsa Azərbaycanın ərazi bütövlüyündən kənar bir qurum kimi tanıyacağımızı düşünən xarici qüvvələr yanılırlar. Bu məsələ dəfələrlə müxtəlif sammitlərdə, o cümlədən Vyana və Sankt-Peterburqda müzakirə olunub. Ortada Madrid prinsipləri var və münaqişə birmənalı olaraq mərhələli plan əsasında həll olunmalıdır. Kremldən isə paket həll variantına dair mesajlar gəlir. Bu, birbaşa Ermənistanın maraqlarına uyğundur. Paket həll variantından söhbət belə gedə bilməz. Azərbaycan mərhələli həll variantının "hə" deyib. Ancaq Ermənistan tərəfi bundan imtina edib. Ermənistan və Rusiya yaxşı bilməlidir ki, Azərbaycan öz prinsipial mövqeyindən imtina etmək fikrində deyil".
 
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayondan beşinin qaytarılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb. Nizamlama prosesinin vahid paket olduğunu qeyd edən həmsədr problemin həllində bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsini qeyri-produktiv sayıb.

Milli.Az


Tags:  Qarabağın həlli Bakı bu varianta razılıq verib

RƏYLƏR


Top news