Qırğızıstan mediası Azərbaycanın Müstəqillik Günündən yazdı – FOTOLAR

Qırğızıstan mediası Azərbaycanın Müstəqillik Günündən yazdı – FOTOLAR
09:48 20 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Qırğızıstandakı səfirliyinin Dövlət Müstəqilliyin Bərpasının 25 illiyi ilə bağlı yaydığı məlumat Qırğızıstanın milli informasiya agentliyi olan “Kabar” (http://kabar.kg/rus/world-news/full/112629 ) və bu ölkədə ən böyük oxucu kütləsinə sahib olan “Akipress” informasiya agentliyinin “CA-News” portalında (http://ca-news.org/news:1338041) geniş işıqlandırılıb.

Bu barədə Publika.az-a Azərbaycanın Qırğızıstandakı səfirliyindən məlumat verilib.

Sözügedən KİV-lərdə qeyd edilir:

“1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib.

Müstəqilliyin ilk illərində yaranan ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə bütün problemləri həll edərək dinamik inkişaf yoluna qədəm qoyub”.

Qırğızıstanın aparıcı media qurumları ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu vurğulayır.

Məlumatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyon qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşdüyü diqqətə çatdırılır.

Bildirilir ki, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz dərhal çıxarılması ilə bağlı dörd Qətnamə qəbul edib:

“Təəssüf ki, bu günədək belə böyük beynəlxalq təşkilatın qərarı Ermənistan tərəfindən icra olunmur. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR