“Cəhənnəmin qapısı İstanbula açılır” – türkləri yalnız bir şey xilas edə bilər

“Cəhənnəmin qapısı İstanbula açılır” – türkləri yalnız bir şey xilas edə bilər
10:23 20 Oktyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsas gəliri turizmdən olan Türkiyə bu sektorda 15 milyard itki ilə üzələşəndən sonra ümidini məşhur amerikalı yazıçı Den Braunun “İnferno” ("Cəhənnəm") romanına bağlayıb.

Publika.az
xəbər verir ki, Braunun məşhur romanında baş verən hadisələrin əsas hissəsi İstanbulda cərəyan edir.

Romanın qəhrəmanı Robert Lenqdon Harvard Universitetinin simvolistika üzrə professorudur. O, bir gün huşunu itirir, gözünü açanda isə bütün həyatı alt-üst olur. Yaddaşının böyük hissəsini itirən Robert özünü tapmaq məcburiyyətindədir və qəfil heç istəmədiyi və gözləmədiyi missiyanın daşıyıcısına çevrilir: dünyanı insanlığı məhv edəcək dəhşətli virusdan xilas etmək. Robertin son mənzili İstanbul olur.

Cəhənnəmin qapısı İstanbula açılır”.

Den Braun əsərində ikinci başlıq kimi bu sözlərdən istifadə edib. 2013-cü ildə nəşr olunan roman milyonlarla insan tərəfindən oxunub. Roman nəşr edildiyi ilk on bir həftə ərzində “Nyu-York Times Bestseller” siyahısında birinciliyini qoruyub.

İndi Braunun romanı əsasında eyni adlı film çəkilir və qarşıdakı mövsümlərdə yayımlanacağı gözlənilir. Çəkilişlər İstanbulda da aparılır. Məhz bu amil Türkiyə turizminin xilaskarına çevrilə bilər.

Türkiyə Turizm Assosasiyasının rəhbəri Timur Bayındır da bu fikirdədir.

O, bu filmin xarici turistlərin İstanbula qayıtmasına kömək edəcəyini düşünür.

Den Braunun romanları əsasında əvvəlki ekran işlərində bu təcübə yaşanıb. Adətən filmdə hadisələrin cərəyan etdiyi yerlərdə turizm bumu yaşanıb. Ekspertlərin dəyərləndirmələrinə görə, belə filmlərdən sonra ən azı 50 milyon turist öz marşrut xəttini seçir. Türkiyə də bu təcrübəyə bel bağlayır.

Den Braunun “Kod Davinçi” və “Mələklərin iblisləri” romanları bu təcrübəni aydın göstərir. Roman əsasında çəkilmiş filmlərdə hadisələr İtaliya, Fransa və Böyük Britaniyada cərəyan edir. Hər şeydən öncə tamaşaçılar bu ölkələrin görməli yerləri ilə filmdə tanış olurlar. Bununla həmin ölkələrdə ən maraqlı və tarixi yerləri gəzmək üçün bələdçiyə verəcəkləri 200 avro də ciblərində qalır.

Bu filmlər paralel olaraq turist axınına da zəmin yaradır. Misal üçün, Fransada vaxtilə “Üç muşketyor”un döyüş yeri kimi tanınan Sen-Syulpis kilsəsinin ətrafı Den Braunun sayəsində “zəvvar turizmi”nin başqa istiqamətini məhşurlaşdırdı. İndi kilsənin divarında bu sözlər yazılıb:
Diqqət! Sen-Syulpis məbədində “Qraalya” badəsinin saxlanıldığı yerdə məxfi kartları axtarmaq və “qızılgül xətti”ni vuraraq yoxlamaq qadağandır”.

Turistlər Den Braunun təsiri ilə romanda-filmdə bəhs edən hadisələri canlı-canlı yaşamaq üçün həmi yerlərə səyahət edirlər. Bu, faktiki olaraq, müasir turizmdə əhəmiyyətli rol oynayır.

Və yeni məşhurlaşan kinoturizmin başqa nümunələrini də sadalamaq mümkündür.

Kinoturizm: turist məşhur, yaxud çox sevdiyi filmin çəkildiyi yerlərə səyahət edir və filmdəki hadisələri canlı-canlı yaşamaq, ən azından o atmosferi hiss etmək istəyir. Bu da faktiki olaraq turizm gəlirlərinin artması deməkdir.

1953-cü ildə çəkilən “Roma tətilləri” filmi kinoturizmin “pioneri” hesab oluna bilər. Gözəl şahzadənin macəralarından bəhs edən bu film Romanı ingilisdilli turizm auditoriyasına tanıtdı.

Çəkiliş zamanı baş aktyor Qriqori Pek tərəf müqabili Odri Xepbernlə zarafat etmək qərarına gəlir. O, Romanın Müqəddəs Məryəm Kilsəsinin girişindəki “Həqiqətin ağzı”na əlini salır və elə görüntü yaradır ki, yalan danışdığı üçün daş ağız onun qolunu qoparıb.

Odro bundan çox qorxur. Çox təbii alınan bu səhnə filmə daxil edilir və ondan sonra Romaya baş çəkən turistlər mütləq “Həqiqət ağzı”na baş çəkirlər. Adətən cütlüklər öz sevgilərini “Həqiqətin ağzı”nda sınayırlar. Turist axını o qədər çox oldu ki, Roma meriyası bu il pulsuz xidməti dayandırdı. Hazırda hər bir turist əlini “Həqiqətin ağzı”na salmaq üçün 2 avro ödəməlidir.

“Üzüklərin hökmdarı”

Yeni Zelandiyada çəkilmiş bu film ölkəyə 3 milyondan artıq turistin gəlməsinə səbəb oldu. Yeni Zelandiya Turizm Nazirliyinin məlumatına görə, ölkəyə gələn turistlərin 75 faizi “Üzüklərin Hökmdarı” filminin çəkildiyi yerlərə baş çəkir. Xüsusilə Qlenorçi kəndi turist axını ilə üz-üzə qaldı. İş o yerə çatdı ki, yerli hakimiyyət yol-nəqliyyat hərəkətinin təşkili üçün işıqforlar quraşdırmağa məcbur oldu.

Filmin əsas qəhrəmanı Harri Potterin macəraları Böyük Britaniyanın abbatlıqlarında da turizmin inkişafını stimullaşdırdı. “VisitBritain” turizm şirkəti Potterin azarkeşləri üçün filmin çəkildiyi yerlərin siyahısını tərtib etdilər.

“Agent 007: Skayfoll koordinatları”

1960-cı illərdə məşhurlaşan Ceyms Bond filmləri də kinoturizmə böyük töhfə verib. Sonunculardan sayılan “Agent 007: Skayfoll koordinatları” filmi Almaniyanın Tirol əyalətində çəkilib. Bu, əyalətdə qış turizmini sözün əsil mənasında inkişaf etdirdi.

“Taxt Oyunları” serialı

Son illər məşhurlaşan bu film turistlərin Xorvatiyaya marağını artırıb. Ölkənin paytaxtı indi əsil turizm şəhərinə çevrilib. Bu serialın məşhurluğu hesabına Xorvatiya “google”də turistlər tərəfindən ən çox axtarılan söz olub.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR