Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hind polislərin serialı rekord vurur - VİDEO

Hind polislərin serialı rekord vurur - VİDEO

Date: 20 October 2016 10:27

Hindistan bütün dünyada Bollivudda çəkilən filmləri ilə məşhurdur. Lakin indi ölkədəki telekanallar serialların çəkilişlərinə üstünlük verməyə başlayıblar.

Milli.Az bildirir ki, Hindistandakı yeni seriallar arasında "Crime Patrol Dial 100" rekord vurur.

Ssenari müəllifi və rejissoru Ayer Subramanian olan serial "Sony Entertainment Television India" və "Sony Entertainment Television Asia" telestudiyalarının məhsuludur.

Mumbay şəhərində törədilən cinayətlərin bədii-sənədli təqdimatı olan serial realiti-şou formatında hazırlanır.

Serialın aparıcı aktyoru məşhur Anup Sonidir.

"Crime Patrol Dial 100" sosial şəbəkələrdə və YouTube-da da sürətlə populyarlaşmağa başlayıb. Belə ki, növbəti, 254-cü seriyaya YouTube-da cəmi 10 gün ərzində 6 milyona yaxın insan baxıb.

Milli.Az


Tags:  Hind polislərin serialı rekord vurur VİDEO

RƏYLƏR


Top news