Ölkə üzrə müəssisələrin ümumi sayının 80,8 faizi kiçik müəssisələrdir

Ölkə üzrə müəssisələrin ümumi sayının 80,8 faizi kiçik müəssisələrdir
10:33 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 1-i vəziyyətinə ölkədə mövcud olan kiçik müəssisələrin sayı və strukturu “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanunu və “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilmiş işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında götürülüb.

Publika.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən ölkə üzrə müəssisələrin ümumi sayının 80,8 faizini kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (30,8%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,4%), tikinti (11,9%) və kənd təsərrüfatı (11,0%) sahələrində təsis olunub.

Kiçik müəssisələrin 56,7 faizi Bakıda, 12,9 faizi Aran, 6,9 faizi Abşeron, 6,1 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR