Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edəcək
10:37 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, oktyabrın 24-də saat 11.00-da keçiriləcək qəbulda iştirak etmək vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-masallida-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR