Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bali vitse-qubernatoru: "Azərbaycanla əməkdaşlığın artırılmasında maraqlıyıq"

Bali vitse-qubernatoru: "Azərbaycanla əməkdaşlığın artırılmasında maraqlıyıq"

Date: 20 October 2016 10:42

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycanlı sahibkarlar Balinin biznes imkanlarının öyrənilməsində maraqlıdır".
"Report" "Kabar24"ə istinadən xəbər verir ki, bunu İndoneziyada tanışlıq səfərində olan azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyətinə başçılıq edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.
"Səfərimiz Azərbaycana ixracatın, xüsusən də Balidən, artırılmasına yönəlib. Bundan əlavə, Bali ilə turizm sahəsində əməkdaşlığı artırmaq istəyirik", - deyə o bildirib.
Öz növbəsində, Bali vitse-qubernatoru Ketut Sudikerta vilayətin infrastrukturun inkişafı sahəsindəki potensialını qeyd edib.
O, iqtisadiyyat və mədəniyyət sahəsində də Azərbaycanla əməkdaşlığın qurulmasında maraqlı olduğunu əlavə edib: "Azərbaycanın Balidə istehsal olunan əl işləri məmulatları üzrə ixrac nöqtələrindən biri olmasını istəyirik. Bundan əlavə, iki tərəf arasında mədəni mübadilə həyata keçirmək istəyərdik".

Tags:  Bali vitse-qubernatoru Azərbaycanla əməkdaşlığın artırılmasında maraqlıyıq

RƏYLƏR


Top news