Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Unibank" öz pulköçürmə sistemini yaradıb

"Unibank" öz pulköçürmə sistemini yaradıb

Date: 20 October 2016 10:42

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Unibank" ASC  “Unitransfer” adlı daxili pulköçürmə sistemini istifadəyə verib. “Unitransfer”in üstünlüyü müştərilərə "Unibank"ın eyni şəhərdəki filialları arasında və yaxud bir şəhərdə yerləşən filiandan digər şəhərdə yerləşən filiala qısa müddətdə pul köçürmək imkanı verməsi ilə yanaşı, hesabın açılmamasıdır. 
"Report"un Banka istinadən verdiyi xəbərə görə, köçürmə adi qaydada, ad, soyad, ata adı və kod əsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilən "Unibank" filialından pulu götürə biləcək.
“Unitransfer”lə 4 valyutada – manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə vəsaitin 0.4%-i (minimum 2 AZN/USD/EUR, 200 RUB) həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız "Unibank" daxilində fəaliyyət göstərəcək pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.
Dünyanın ən məhşur və etibarlı pulköçürmə sistemlərinə qoşulan "Unibank" 10 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact” , “Western Union” , "Faster", “LİDER”, "Blizko", “PrivatMoney”, UPT kimi nüfuzlu təcili pulköçürmə sistemləri üzrə də xidmət göstərərək, ABŞ dolları, avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Tags:  Unibank öz pulköçürmə sistemini yaradıb

RƏYLƏR


Top news