Yığmamızdan ikinci qələbə

Yığmamızdan ikinci qələbə
10:42 20 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimiz Belqradın "Partizan" klubunun U-19 komandası ilə qarşılaşıb.

Vüqar Məmmədin yetirmələri 2:1 hesabı ilə qələbə qazanıblar. Komandamızın qollarını Xaqani Sadıxov və Mutlu Aksu Doğan vurub.
 
Qeyd edək ki, yığmamız ilk oyununda "Voyvodina"nı 3:0 hesabı ilə məğlub etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR