Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda 47 yaşlı kişi küt alətlə döyülüb

Bakıda 47 yaşlı kişi küt alətlə döyülüb

Date: 20 October 2016 10:42

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib. 
"Report"un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Dalan 2 ünvanında qeydə alınıb.
Belə ki, 47 yaşlı Baxşıyev Qoşqar Oruc oğlu evinə doğru hərəkət edən zaman tanımadığı şəxslərlə rastlaşıb. Onlarla mübahisə edən Q.Baxşıyev döyülüb.
Baş nahiyəsindən küt alətlə zərbə alan Q.Baxşıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları hadisənin baş verdiyi ünvanda araşdırma aparıb. Faktla bağlı cinayət işi başlanılıb.

Tags:  Bakıda 47 yaşlı kişi küt alətlə döyülüb

RƏYLƏR


Top news