Azərbaycanda yeni su elektrik stansiyaları açılacaq

Azərbaycanda yeni su elektrik stansiyaları açılacaq
10:42 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda tezliklə "Balakən 2", "Oğuz 1", "Oğuz 2", "Oğuz 3" su elektrik stansiyalarının açışılı olacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
E.Pirverdiyev qeyd edib ki, qurum öz kreditor öhdəliklərinin icrası üçün ilk növbədə ona olan borcları toplamalıdır: "Bizim kiməsə borcumuz var, bizə də hansısa qurumların borcu var. Onlar bizə borcu qaytarsın ki, biz də öz borcumuzu ödəyək". 
"Borcları başqa valyutalarda götürdüyümüz üçün devalvasiyadan sonra gəlirlərlə ödəmələr arasında böyük fərq yaranıb. Ona görə də Maliyyə Nazirliyinə müraciət etdik ki, məsələni hansısa formada həll edək. Hazəırda bununla bağlı müzakirələr aparılır", - deyə "Azərenerji" rəhbəri bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanda-yeni-su-elektrik-stansiyalari-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR