Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyada həbs edilən şəxsin cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb

Rusiyada həbs edilən şəxsin cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb

Azərbaycanlı qadına 17 il həbs cəzası (27 Mart 2017 23:53)
Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib (27 Mart 2017 23:12)
Azərbaycanlı qadına 17 il həbs cəzası kəsildi - Tiflisdə (27 Mart 2017 23:09)

Tarix: 20 Oktyabr 2016 11:17

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsinə baxılıb.
"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Həsənovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb. Rusiya məhkəməsinin çıxardığı 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, E.Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub.
O, Rusiyada 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov daha sonra Azərbaycana təhvil verilib.

Teqlər:  Rusiyada həbs edilən şəxsin cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb



RƏYLƏR


Top xəbərlər