Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan müxalifəti: Mitinqlərin keçirilməsi gündəmdə deyil

Azərbaycan müxalifəti: Mitinqlərin keçirilməsi gündəmdə deyil

Tarix: 20 Oktyabr 2016 11:17

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Hazırda Müsavat Partiyasının mitinq keçirməklə bağlı qərarı yoxdur".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
O bilidirib ki, aksiyaların keçirilməsi ilə bağlı partiyanın iclaslarında ilkin müzakirələr aparılıb: "Noyabrın əvvələrində mitinqlərə başlamaqla bağlı fikirlər vardı. Sonradan müzakirələri daha geniş çərçivədə aparmaq, rayon təşkilatlarını gücləndirmək qərarına gəldik. Bu məsələ bir daha müzakirə olunacaq".
Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı "Report"a açıqlamasında deyib ki, hazırda mitinqlərin keçirilməsi planlaşdırılmır.
O qeyd edib ki, mitinqlərin keçirilməsi üçün Milli Şura qərar verməlidir: "Mitinqlərin keçirilməsi gündəmdə deyil. Əslində, etiraz aksiyalarının keçirilməsi ilə bağlı qərar hər an verilə bilər. Yəni, bu, mövcud vəziyyətdən asılıdır".

Teqlər:  Azərbaycan müxalifəti Mitinqlərin keçirilməsi gündəmdə deyil



RƏYLƏR


Top xəbərlər