Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanı Misir prezidentini hədələdi

Səudiyyə Ərəbistanı Misir prezidentini hədələdi

Date: 20 October 2016 11:19

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi Misir prezidenti Sisini təhdid edib.

 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, səudiyyəli nazir Sisini “sonunun Hüsnü Mübarək kimi olacağı” ilə hədələyib. Xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanı Misirdən Tiran və Sənafir  adalarını rəsmi Ər-Riyada verməyi tələb edir. Əks halda, Sisini devirəcəklərini açıq dilə bəyan ediblər.

 

Misir isə qeyd edilən adaların qorunmasını İsrailə verəcəyini bildirib. Ərəbistanlı mənbə isə Sisiyə göndərilmiş mesajın səs yazısını ortaya çıxarıb. Səudiyyəli müdafiə naziri səs yazısında Sisiyə “Körfəz ölkələrinin pulunun düyü dənələri qədər” olduğunu və əgər istəklərini yerinə yetirməsə, aqibətinin Mübarək kimi olacağını deyir.


Tags:  Səudiyyə Ərəbistanı Misir prezidentini hədələdi


RƏYLƏR


Top news