İŞİD çırpınır: kütləvi edamlar başlanıb - FOTO

İŞİD çırpınır: kütləvi edamlar başlanıb - FOTO
11:22 20 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi ilə bağlı əməliyyat davam edir.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İraq Hərbi-Hava Qüvvələrinin F-16 təyyarələrinin bombalarına çeşidli mesajlar yazılır.

Bombalara ərəbcə "İraqın şəhidləri üçün!", "Mosul gələcək zəfərimizdir", "Mosul azad olunur" yazılıb.

Mosul əməliyyatının 3-cü günüdür. Bu gün səhər saatlarından etibarən Basika qəsəbəsinin azad edilməsi üçün əməliyyat başlanıb. Türkiyənin hərbi bazasının yaxınlığında yerləşən qəsəbəyə aviazərbələr endirilib. ABŞ hərbçiləri Basikadakı İŞİD mövqelərini özüyeriyən artilleriya qurğuları ilə vururlar.

Sakinlərinin tam əksəriyyəti xristianlar və yezidlər olan Basika qəsəbəsi Mosuldan 20 km aralıdadır.

Qəsəbəyə İraq ordusunun və kürdlərin "peşmərgə" birləşmələrinin hücumu başlanıb.

Son 3 gündə Mosul yaxınlığındakı Həmdaniyyə şəhərciyi və 12 kənd İŞİD-dən azad olunub.

Mosul əməliyyatında kürdlərin "peşmərgə" birləşmələrinə İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin prezidenti Məsud Bərzaninin oğlu Məsrur Bərzani rəhbərlik edir.

İraqın baş naziri Heydər əl Əbadi də döyüş bölgəsinə yollanıb.

Mosulda ağır zərbələr alan İŞİD mühasirədən çıxmaq üçün çırpınır. Terrorçular ağır duruma düşdüklərindən çılğına dönüblər. Dünən Mosulun cənubundakı Kəyyara və Hemam Əlil kəndləri arasında yolda İŞİD mənsubları 14 dinc sakini edam ediblər. Hud kəndindən aparılan 200 sakinin taleyi bilinmir.

Mosulun sabiq meri Esil Nüceyfinin dediyinə görə, terrorçular şəhərdə kütləvi edamlara başlayıblar.

Bu arada bəlli olub ki, İŞİD komandirlərinin əsir alınması ilə bağlı əmr ləğv olunub. Onların məhvinə göstəriş verilib.

Milli.Az























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR