Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb
11:27 20 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətində ordu qüvvələri ilə PKK terrorçuları arasında baş verən atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə əyalətin Çukurca rayonunun Güvendağı bölgəsində oktyabrın 20-də səhər saatlarında baş verib.
Qeyri-rəsmi mənbələrin məlumatına görə, atışma nəticəsində 21 terrorçu zərərsizləşdirilib.
Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir. Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələri əraziyə havadan zərbələr endirib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-terrorcularla-atismada-2-herbci-sehid-olub-5-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR