"Mosul əməliyyatı başlanmayıb" - Rusiyadan sensasiyalı açıqlama

"Mosul əməliyyatı başlanmayıb" - Rusiyadan sensasiyalı açıqlama
11:27 20 Oktyabr 2016
140 Dünya
Ölkə mətbuatı
A- A+

"İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi ilə bağlı genişmiqyslı əməliyyatın getdiyi deyilir. Fotolar, videolar yayılır, nümayiş olunur. Amma biz tam əminliklə bəyan edirik ki, Mosul əməliyyatı hələ başlanmayıb".

Bu sensasiyalı açıqlamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov verib.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, V.Gerasimovun sözlərinə görə, Rusiya Mosul ətrafındakı prosesləri kosmosdan kəşfiyyat peykləri, səmadan isə pilotsuz uçan aparatlar (PUA) vasitəsilə izləyir.

"Hazırda Mosul səmasında 10 PUA-mız var. Kosmosdakı peyklər vasitəsilə də situasiyanı müşahidə edirik. Bizdə olan məlumatlara görə, İŞİD terrorçuları Mosulu tərk edərək Suriyaya keçə bilərlər. Mosulda İŞİD-ə qarşı döyüşən güclər buna imkan verməməlidir. Terrorçular yerindəcə məhv olunmalıdır", - ordu generalı söyləyib.

Onun sözlərinə görə, Mosul əməliyyatı ilə bağlı yayılan gurultulu xəbərlər həqiqətə uyğun deyil: "Əməliyyat əslində başlanmayıb. Hazırda artilleriya atışları, hava bombardmanları həyata keçirilir, Mosul ətrafında qüvvələr toplanır".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR