Azpromo Dubayda nümayəndəlik açır

Azpromo Dubayda nümayəndəlik açır
11:27 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qərara aldıq ki, noyabrın sonunda Dubayda ticarət nümayəndəliyi təşkil edək". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov deyib.
BƏƏ-nin Azərbaycandakı səfiri Mühəmməd Əli əl-Kamali isə deyib ki, Bakı Dubay üçün ticarət baxımından əhəmiyyətli şəhərdir: "Doğrudur, siz ixraca tam hazır deyilsiniz, amma istəyərdim ki, sizinlə ticarət əlaqələrini davam etdirək. Azərbaycan məhsulları təkcə Dubayda deyil, dünyanın bir çox ölkələrində istifadə ediləcək".

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azpromo-dubayda-numayendelik-acir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR