Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda 47 yaşlı kişini küt alətlə döydülər

Bakıda 47 yaşlı kişini küt alətlə döydülər

Maşın 75 yaşlı kişini vurub öldürdü - SABUNÇUDA (24 Mart 2017 10:19)
Bakıda yaşlı kişini başından vurub öldürdülər (13 Mart 2017 12:57)
Həkimlər 96 yaşlı kişini xilas edə bilmədi – BAKIDA (25 Fevral 2017 11:54)

Tarix: 20 Oktyabr 2016 11:42

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsi Dalan 2 ünvanında qeydə alınıb.
Belə ki, 47 yaşlı Baxşıyev Qoşqar Oruc oğlu evinə doğru hərəkət edən zaman tanımadığı şəxslərlə rastlaşıb. Onlarla mübahisə edən Q.Baxşıyev döyülüb.
Baş nahiyəsindən küt alətlə zərbə alan Q.Baxşıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları hadisənin baş verdiyi ünvanda araşdırma aparıblar. Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Teqlər:  Bakıda 47 yaşlı kişini küt alətlə döydülər



RƏYLƏR


Top xəbərlər