Həsən Ruhani: “10 ildə bir dəfə referendum keçirsək, yaxşı olar”

16:22 5 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:18 ]

Bakı – APA. “Hər 10 ildən bir iqtisadi, sosial və humanitar sahədə əhəmiyyət kəsb edən məsələlərlə bağlı referendumlar keçirsək, yaxşı olar”.

 

APA-nın “The New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib.

 

O qeyd edib ki, ümumilli məsələlərlə bağlı referendumların təşkili  xüsusi əhəmiyyət daşıyır.

 

“Konstitusiyanın qəbulundan 36 il keçir. İqtisadiyyat, sosial və humanitar sahədə önəmli məsələləri parlamentdə həll etməkdənsə, 10 ildə bir dəfə referendum keçirsək, yaxşı olardı”, - deyə o vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR