Nazarbayev: “Ad günümdə deputatlar mənimlə zarafat edirdilər” - VİDEO

Nazarbayev: “Ad günümdə deputatlar mənimlə zarafat edirdilər” -  VİDEO
11:53 20 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtının Almatıdan Astanaya köçürülməsinin səbəbləri ilə bağlı film çəkilib.

Publika.az
xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1997-ci ilin 20 oktyabrında paytaxtın köçürülməsi ilə bağlı fərman imzalayıb.

1998-ci ilin 10 iyunundan etibarən Qazaxıstanın paytaxtı Astana oldu.

2011-ci ildə Qazaxıstanın Teleradio şirkətinin çəkdiyi filmdə Nursultan Nazarbayev paytaxtın köçürülməsinin səbəblərindən danışır.

“1994-cü ildə parlamentdə paytaxtı köçürmək lazım olduğunu deyəndə, sanki bomba partladı. Mənə baxırdılar, “pensiyaları vermirik, müəllimlərə, həkimlərə maaşlar ödəmirik, amma paytaxtı köçürürük. Bu milyardlarla pul deməkdir”, - deyə Nazarbayev həmin dövrü xatırlayır.

O, yumorla deyir ki, o vaxt deputatlar paytaxtın daşınması perspektivinə ciddi baxmırdılar: “Onlar köçürməyə səs verməklə, yalnız dövlət başçısının ad gününə xoş “hədiyyə” edirdilər. Yəni onlar düşünüblər ki, “Bəli, bu köçürmə 40-50 il sonra olacaq, o vaxt biz olmayacağıq. Bu gün onun (Nazarbayevin) doğum günüdür, gəlin səs verək, onu məyus etməyək”. Beləliklə səs verdilər, bir il sonra onlar qatarlarla Astanaya köçməyə başladılar”.

N. Nazarbayev daha sonra gənc müstəqil dövlətə yeni paytaxtın lazım olmasının səbəblərini izah edib.

“Birincisi, belə ideyanı verərək, ölkənin potensialını göstərmək lazım idi. İkincisi, paytaxt ölkənin mərkəzində olmalıdır. Üçüncüsü, iqtisadi inkişaf olmalıdır”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR