Afaq Aslan kimə söz atdı? - “...Hətta lezbiyankalar da ana olur” - QALMAQAL

Afaq Aslan kimə söz atdı? - “...Hətta lezbiyankalar da ana olur” - QALMAQAL
11:58 20 Oktyabr 2016
1395 Şou
Ölkə mətbuatı
A- A+

Belə getsə, deyəsən, Afaq Aslanla Aytac Bərdəli arasında səngiyən soyuq müharibə yenidən alovlanacaq.

Publika.az xəbər verir ki, həmkarı Aytac Bərdəli hamilə fotolarını yayar-yaymaz Afaq Aslan dərhal bıçaqdan iti qələmini işə salıb.

O, sosial şəbəkədə ad çəkmədən düşmənini “ağ yuyub, qara sərib”:

“Deyirəm nə yaxşı ki, bu türklər yer üzünə gəliblər, bu türklər olmasaydı, görəsən, bizim min hoqqadan çıxan, bədənlərini pula satan, gecə-gündüz siqaret damaqlarında lezbiyankalıqla məşğul olan, diskoteka, klublardan, içki masalarından yığışmayan bəzi dırnaqarası qızlarımızı kim alıb arvad eləyərdi görəsən? Sağ olsun türklər, sayələrində tüfeyli həyat yaşayan qızlarımızın sayı azalır, hətta lezbiyankalar belə ana olur”.

Qeyd edək ki, hamiləliyin 8-ci ayını yaşayan Aytac Bərdəli fotolarını paylaşıb və altından “ana-bala böyüyürük” yazıb.

Qeyd edək ki, Aytac Vidadiqızı ötən il Türkiyə vətəndaşı Can Bəkirlə ailə həyatı qurub.

Tabloid.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR