Qırğızıstan səfiri: "Azərbaycanla cari ticarət dövriyyəsi mövcud real imkanlara cavab vermir"

Qırğızıstan səfiri: "Azərbaycanla cari ticarət dövriyyəsi mövcud real imkanlara cavab vermir"
12:07 20 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Diplomatik əlaqələrin qurulmasından etibarən Qırğızıstan-Azərbaycan əməkdaşlığı daima qarşılıqlı faydalı əməkdaşlıq, dostluq zəminində qurulub və ümumilikdə siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edib".
"Report" xəbər verir ki, bunu "Kabar" agentliyi üçün qələmə aldığı məqalədə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov yazıb.
Onun sözlərinə görə, ikitərəfli münasibətlər üçün qarşılıqlı etimad ruhunun daimi mövcudluğu, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya tam üst-üstə düşməsi xarakterik haldır.
İqtisadi əlaqələr barədə danışan A.Buranov qeyd edib ki, müstəqillik qazandıqdan sonra iki ölkə arasında iqtisadi əməkdaşlığın parametrləri ümumilikdə MDB ölkələri arasında münasibətlərdə müşahidə ümumi stereotip üzrə qurulub: "Müstəqillik dövründə Qırğızıstan və Azərbaycan arasında yaradılmış hüquqi baza ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 50-dən çox saziş və müqaviləni özündə birləşdirir".
O, həmçinin vurğulayıb ki, aparılan təhlillər Qırğızıstanın Azərbaycanl xarici ticarət dövriyyəsinin hazırkı həcminin, investisiya və iqtisadi əlaqələrin mövcud real imkanlara cavab vermədiyini göstərir: "Tərəflər iki ölkə arasında mövcud olan inteqrasiya prosesinin böyük potensialının reallaşmasında maraqlıdır və bu işi bütün sahələrdə fəallaşdırmağa hazırdırlar".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/qirgizistan-sefiri-azerbaycanla-cari-ticaret-dovriyyesi-movcud-real-imkanlara-cavab-vermir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR