Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

FED faiz artımına gedəcək, yoxsa getməyəcək?

FED faiz artımına gedəcək, yoxsa getməyəcək?

Date: 20 October 2016 12:08

İqtisadiyyat hazırki gedişinə davam edərsə, FED ilin sonuna doğru faiz artımına gedəcək.

Publika.az xəbər verir ki, bunu FED-in Nyu York şöbəsinin rəhbəri Uilyam Dadli bəyan edib. O bildirib ki, iqtisadiyyat hazırki gedişinə davam edərsə, bu il başa çatmadan faiz artımı olacaq. FOMC-da səsvermə hüququna malik olan Dadli, hazırda 0,25-0,50 faiz intervalında olan faiz nisbətinin 0,25 bənd artırılmasına dair "Şişirdiləcək bir şey deyil" ifadəsini istifadə edib.

ABŞ Mərkəzi Bankının Dallas şöbəsinin sədri Robert Kaplan isə ölkə iqtisadiyyatının "həddən artıq qızdığına" dair hər hansı bir işarə görmədiyini bildirib. Onun sözlərinə görə, FED çox mərhələli və diqqətli hərəkət etməlidir.

Məşhur fond idarəçisi Məhəmməd əl-Erian FED-in dekabr ayında keçiriləcək toplantısında faiz artımının mümkün olduğunu, lakin bunun dəqiqləşmədiyini deyib.

İqtisadiyyat şöbəsi


Tags:  FED faiz artımına gedəcək getməyəcək

RƏYLƏR


Top news