Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada iqtisadi durğunluq 20 il davam edəcək

Rusiyada iqtisadi durğunluq 20 il davam edəcək

Date: 20 October 2016 12:12

Bakı. 20 oktyabr. REPORT.AZ/ Rusiyada 2035-ci ildə də əvvəlki kimi dövlət kapitalizmi, staqnasiya, aşağı neft qiymətləri, əhalinin sayının azalması və əmək haqlarının zəif artımı müşahidə olunacaq. "Report"un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, belə bir nəticə Rusiya İqtisadi İnkişaf Nazirliyinin (İİN) sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlarına dair ilkin hesabatında əksini tapıb.
İİN-in 2035-ci ilə qədər baza proqnozlarına əsasən, sənaye istehsalının artım tempi qarşıdakı 18 ildə 2%-i keçməyəcək, 2024-cü ilə planlaşdırılan prezident seçkilərindən sonra sənaye istehsalı 1,9%, 2035-ci ilə doğru isə 1,7% artım göstərəcək. Qeyd edək ki, 2017-ci ildə sənaye istehsalının cari illə müqayisədə 1,1% artacağı proqnozunu hökumət artıq qəbul edib.
Əsasa kapitala investisiyalar uzunmüddətli perspektivdə bir qədər canlanacaq. İİN proqnozuna görə, 2025-ci ildə bu göstərici 3,2%, 2035-ci ilə yaxınlaşdıqca isə azalaraq 2,5% təşkil edəcək. Gələn il üçün isə artım proqnozu 0,8%-dir.
Proqnozların təhlili göstərir ki, 2035-ci ilə qədər xammala bağlı iqtisadiyyatın heç bir ciddi diversifikasiyası həyata keçirilməyəcək. Neftin qiyməti isə 2025-ci ilə qədər orta hesabla 5 dollar artaraq 45 dollar/barel, 2035-ci ildə isə 54,9 dollar/barel təşkil edəcəyi ehtimal olunur. Nəticədə, ÜDM-in 2025-ci ildə 2,2%, 2035-ci ildə 1,7%, 2017-ci ildə isə 0,6% artacağı proqnozlaşdırılır.
Bununla yanaşı bildirilir ki, 2025-ci ildə dolların orta məzənnəsinin 76,9 RUS/USD, 2035-ci ildə isə 78,4 RUS/USD olacağı ehtimal edilir. 2025-ci ildə iqtisadi fəal əhalinin sayı cari 72,3 mln.-dan 4,6% azalaraq 69 mln. nəfərə enəcəyi, 2035-ci ildə isə bu göstəricinin 68,1 mln. nəfər təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, proqnozların baza varianti hökumət üçün həmişə əsas variant olub.

Tags:  Rusiyada iqtisadi durğunluq 20 il davam edəcək

RƏYLƏR


Top news