Ancelina Coli və Bred Pittin keçmiş mühafizəçisi ETİRAF ETDİ

Ancelina Coli və Bred Pittin keçmiş mühafizəçisi ETİRAF ETDİ
12:18 20 Oktyabr 2016
49 Şou
Ölkə mətbuatı
A- A+

Ancelina Coli və Bred Pittin keçmiş mühafizəçisi Mark Billinqham İngiltərənin “Sun” qəzetinə uludzlar haqqında açıqlamalar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Billinqham məşhur cütlüyün ən böyük qorxusunun uşaqlarının qaçırılması olduğunu deyib. 2007-2008-ci illərdə cütlüyün uşaqlarını qorumaq üçün fövqəladə təhlükəsizlik tədbirləri gördüyünü söyləyən Billinqham Coli və Pittin ona çox güvəndiyini və uşaqları yalnız ona tapşırdıqlarını deyib.

Billinqham cütlüyün digər mühafizəçilərə çox güvənmədiyini də bildirib: "Digər işçilər uşaqları uzaqdan izləyə bilər, amma onlarla təmasa keçməyə icazə yox idi. Şəxsi həyatımı istədiyim kimi yaşaya bilmirdim. Ona görə də işdən çıxmaq məcburiyyətində qaldım".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/172828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR