Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq
12:22 20 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 21-də paytaxt və yarımadada mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-azerbaycanda-hava-seraiti-yagmurlu-olacaq20

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR