Gəncə sakini həmyerlisini tüfənglə vurub

Gəncə sakini həmyerlisini tüfənglə vurub
12:22 20 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gəncə şəhər sakini həmyerlisinə tüfəngdən atəş açaraq  xəsarət yetirib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də şəhərin Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfənglə atəş açaraq ona xəsarət yetirib. 
Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov saxlanılıb. Onun evinin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman oradan hadisəni törədərkən istifadə etdiyi, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı tüfəng aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gence-sakini-hemyerlisini-tufengle-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR