Nadir: "Oğluma sənətçi qızı almaram"

Nadir: "Oğluma sənətçi qızı almaram"
12:27 20 Oktyabr 2016
69 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə oğlu Loğmanı evləndirmək istəyir. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib ki, hələ oğluna layiq qız tapa bilmir. 

N.Qafarzadə "Bəlkə, sənət dostlarınızdan birinin qızını alıb, qohum olasınız?" sualına etiraz edib:

"Yox, sənətçi övladı almaram. Sənət adamının qızını istəmirəm. Bu mənim şəxsi fikrimdir. Bəzi söz-söhbətlər var ki, ailə içində qalmalıdır. Gərək bir-birinizə o qədər bağlanasınız ki, söz aranızdan çıxmasın".

Qeyd edək ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi "Evdəkilərə salam" verilişi həftənin bazar günü "Xəzər" telekanalında yayımlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/481341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR