Baş nazirin müavini: "Başikaya hücumu Ankaraya hücum kimi qiymətləndirəcəyik"

Baş nazirin müavini: "Başikaya hücumu Ankaraya hücum kimi qiymətləndirəcəyik"
12:32 20 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Başika bazasına hücumu Ankaraya qarşı təcavüz kimi qiymətləndirəcəyik".
"Report" "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib.
"Başika bazasına hücum olarsa, Türkiyə qurudan o əraziyə daxil olacaqmı" sualına baş nazirin müavini belə cavab verib: "Başıkaya hücum olarsa, bunun Ankaraya edilən hücumdan heç bir fərqi olmayacaq".
Qeyd edək ki, İraqın Mosul əyalətinin Başika bölgəsi yaxınlığında Türkiyənin hərbi bazası yerləşir. Onlar İraqın şimalındakı kürd muxtariyyətinin silahlılarını terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün təlim keçirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/hokumet-sozcusu-basikaya-hucum-ankaraya-hucumdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR