Astara sakinindən 4 kiloqram narkotik vasitə götürülüb

Astara sakinindən 4 kiloqram narkotik vasitə götürülüb
12:37 20 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Astara rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanıb. 
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi  (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhliman İmanzadədən və İran vətəndaşı, əvvəllər məhkum olunmuş Əkbər Şəfəqniyadan 36 qram həşiş və 22,4 qram marixuana götürülüb.
Ə.İmanzadənin yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/astara-sakininden-4-kiloqram-narkotik-vasite-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR