Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ata qızlarını zorladı, təhdid etdi - FOTO

Ata qızlarını zorladı, təhdid etdi - FOTO

Date: 20 October 2016 12:42

Türkiyənin Siirt bölgəsində 14 yaşlı N.D. və 15 yaşlı Ö.D. ad-soyadlı iki qızını zorlayan ata həbs olunub.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, şikayətdən 10 ay sonra Ankarada ələ keçərək həbs olunan K.D.-yə ilk məhkəmə prosesindəcə 56 il 3 ay həbs cəzası verilib.

Qızların anası məhkəmədə ifadə zamanı uşaqların ona bu haqda heç nə demədiyini bildirib.

Qızlar isə öz açıqlamalarında bu iyrənc olay barədə analarına deyəcəkləri təqdirdə atanın hamilə analarını və onları öldürməyindən qoxduqlarını etiraf ediblər.

Qeyd edək ki, qızlar atalarının onları zorladığını sübut etmək üçün mobil telefonlarının kamerasını gizli şəkildə işə salaraq tükürpədici olayı anbaan çəkərək analarına təqdim ediblər. Gördüklərindən şok olan ana sözügedən videonu polisə təqdim edərək şikayətçi olub.

Təhməz Təkin

Milli.Az



Tags:  Ata qızlarını zorladı təhdid etdi FOTO

RƏYLƏR


Top news