"Qəbələ" klubu Ronaldinyonu Bakıya gətirib

"Qəbələ" klubu Ronaldinyonu Bakıya gətirib
12:44 20 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

 

Əfsanəvi futbolçu Ronaldinyonun Bakı səfəri davam edir. Apasport.az saytının məlumatına görə, “sambaçı”nın bu gün jurnalistlərlə görüşü olacaq.

 

Belə ki, braziliyalı ulduz futbolçunun Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı təşkil ediləcək.

 

Saat 16:00-da başlayacaq konfransda 36 yaşlı yarımmüdafiəçi ilə yanaşı, “Qəbələ” klubunun prezidenti Tale Heydərov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək.

 

Dünya ulduzunun ölkəmizə gəlişinin səbəbi isə “Ronaldinyo Akademiyası”nın açılışının müzakirəsidi. Akademiya “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq.

 

Qeyd edək ki, karyerası ərzində PSJ, “Barselona” və “Milan” kimi Avropa nəhənglərinin formasını geyinmiş Ronaldinyo 1999-2013-cü illərdə Braziliya millisinin heyətində 97 oyun keçirib, 33 qola imza atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR