Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli komandamızdan fantastik nəticə

Milli komandamızdan fantastik nəticə

Date: 20 October 2016 12:47

FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, Azərbaycan milisi yeni cədvəldə fantastik irəliləyişə imza atıb.

 

Belə ki, komandamız 45 pillə irəliləyib. Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb. Ötən ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub. Mimllimiz buna görə, yalnız Monteneqroya həsəd apara bilər. Onlar irəli doğru 49 addım atıb.

 

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1 pillə (1465 xal), Şimali İrlandiya 6 (36-cı yer, 739 xal), Çexiya 7 (40-cı yer, 663 xal), Norveç 11 (81-ci yer, 438 xal) geriləyib. Yalnız San Marino mövqeyini qoruyub (201-ci yer, 17 xal).


Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya isə “10-luğ”a daxil olub.

 

1 (1). Argentina - 1621

2 (3). Almaniya - 1465

3 (4). Braziliya - 1410

4 (2). Belçika - 1382

5 (4). Kolumbiya - 1361

6 (6). Çili - 1273

7 (8). Fransa - 1271

8 (7). Portuqaliya - 1231

9 (9). Uruqvay - 1175

10 (11). İspaniya - 1168

 

Qardaş Türkiyə yığması 25-ci yerə yuvarlanıb. 4 pillə geriləyən “ay-ulduzlular” 843 xala malikdi.


Fanat.Az



Tags:  Milli komandamızdan fantastik nəticə

RƏYLƏR


Top news