Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Piyadanı vurub öldürən sürücü barədə HƏBS QƏRARI

Piyadanı vurub öldürən sürücü barədə HƏBS QƏRARI

Date: 20 October 2016 12:59

Abşeron rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub. Lent.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-də saat 23 radələrində naməlum sürücü idarə etdiyi “Mercedes-Benz 190” markalı 01 BX 071 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1965-ci il təvəllüdlü, Masazır qəsəbəsində müvəqqəti yaşayan Azad Allahverdiyevi vuraraq hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin 1977-ci il təvəllüdlü, Masazır qəsəbə sakini Elman Quliyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o,  tutularaq istintaqa cəlb olunub.

 

E.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Tags:  Piyadanı vurub öldürən sürücü barədə HƏBS QƏRARI


RƏYLƏR


Top news