Ukrayna səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Ukrayna səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"
13:02 20 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ukraynanın ortaq problemi var. Bu, ölkələrimizn ərazilərinin bir hissəsinin işğal edilməsidir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Səfir Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzliyini vurğuladığını xatırladıb. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", - deyə A.Mişenko bildirib.
Səfir əlavə edib ki, Ukrayna hazırda torpaqlarının azad edilməsi üçün hərbi gücünü artırır.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ukrayna-sefiri-azerbaycanin-erazi-butovluyunu-destekleyirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR