Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ömürlük məhbuslar apellyasiya şikayəti verib

Ömürlük məhbuslar apellyasiya şikayəti verib

Date: 20 October 2016 13:04

 

Ömürlük həbs cəzası almış keçmiş "OMON"çular Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov apellyasiya şikayəti verib.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov feysbuk səhifəsində məlumat verib.

 

Vəkilin sözlərinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi, onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizə vermişdi. Qaradağ rayon Məhkəməsi şikayəti təmin  etməyib. Məhz bu qərardan şikayət verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov icraatına verilib. Məhkəmənin baxış iclası oktyabrın 21-də keçiriləcək.

 

Vəkil qeyd edib ki, E.Əmiraslanov, A. Kazımov və S.Poladov 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur.


Tags:  Ömürlük məhbuslar apellyasiya şikayəti verib


RƏYLƏR


Top news