Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oğlunu bıçaqlayan ata azadlığa buraxılıb - MƏHKƏMƏDƏN

Oğlunu bıçaqlayan ata azadlığa buraxılıb - MƏHKƏMƏDƏN

Date: 20 October 2016 13:09

Bu gün oğlunu bıçaqlamaqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Rafael Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib.

 

Qeyd edək ki, hadisə Bakının Xəzər rayonunda baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.


Tags:  Oğlunu bıçaqlayan ata azadlığa buraxılıb MƏHKƏMƏDƏN


RƏYLƏR


Top news