WADA Azərbaycana vaxt verdi

WADA Azərbaycana vaxt verdi
13:12 20 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Antidopinq Agentliyi (WADA) Azərbaycanı cəzalandıra bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb qurumun fəaliyyətində qeydə alınan bir sıra pozuntulardır.

Belə ki, WADA-nın milli təşkilatların kodeksə uyğunluğunun yoxlanılması üzrə müstəqil komitəsi Kanadanın Monreal şəhərində növbəti işgüzar görüş keçirib.
 
Aparılan monitorinqlər nəticəsində məlum olub ki, Braziliya, Azərbaycan, Yunanıstan, İndoneziya və Qvatemalanın müvafiq qurumları WADA-nın 2015-ci il kodeksinə uyğun fəaliyyət göstərmir. Bu ölkələrdə qaydalar fərqli şəkillərdə pozulur.
 
Bəziləri kodeksə uyğun gəlməyən qaydalardan istifadə edir, bəziləri qeydiyyatdan keçməyən laboratoriyalardan yararlanır, bəziləri isə antidopinqlə bağlı digər problemlərə yol verir.
 
Azərbaycan da daxil olmaqla, 5 ölkəyə noyabrın 10-dək vaxt verilib. Əks halda, onların məsələsi noyabrın 19-da keçiriləcək Təsisçilər Şurasında müzakirə olunacaq. Qlazqoda baş tutacaq tədbirdə bu təşkilatların WADA kodeksinə riayət etməməsi də rəsmən tanınacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR