Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Ukrayna birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək

Azərbaycan və Ukrayna birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək

Azərbaycan ilə Ukrayna arasında birgə istehsal (21 Mart 2017 21:07)
Azərbaycan ilə Ukrayna arasında beş prioritet sahə açıqlandı (21 Mart 2017 18:57)
Poroşenko Kiyevdə Azərbaycan Ticarət evinin açılmasını dəstəkləyir - FOTO (15 Mart 2017 20:05)

Tarix: 20 Oktyabr 2016 13:12

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan-Ukrayna biznes forumunun keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
Səfirin sözlərinə görə, biznes forum çərçivəsində tərəflər bu ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
"Biz "An-178" təyyarələrinin birgə istehsalını yaratmaq niyyətindəyik. Amma bunun üçün Azərbaycan ərazisində müvafiq infrastrukturun yaradılması lazımdır. Yekun nəticədə Azərbaycan özü təyyarə istehsal edə biləcək", - səfir bildirib.
Diplomat əlavə edib ki, bununla yanaşı, tərəflər Azərbaycan ərazisində bərabər pay bölgüsü ilə birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək.

Teqlər:  Azərbaycan Ukrayna birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək



RƏYLƏR


Top xəbərlər