Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Yunanıstan klubuna qarşı - YENİLƏNİR

"Qarabağ" Yunanıstan klubuna qarşı -   YENİLƏNİR

Date: 20 October 2016 13:17

Çempionlar Liqasının ardınca Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, turnirdəki iki təmsilçimizdən biri olan "Qarabağ" evdə meydana çıxacaq.

Azərbaycan çempionu Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Saat 21.00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda keçriləcək matçı israilli FIFA referisi Danni Krasikov idarə edəcək.

Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən Qurban Qurbanovun yetirmələri hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Üstəlik möveyini yaxşılaşdırmaq imkanı da var.
 
Rəqib isə artıq Azərbaycan futbolu üçün tanışdı. Belə ki, ötən mövsüm digər təmsilçimiz “Qəbələ” ilə eyni qrupda mübarizə aparmış salonikililər o vaxt Bakıda və Yunanıstanda baş tutan oyunlarda 0:0 hesablı nəticəyə imza atmışdılar.
 
Avropa Liqası
Qrup mərhələsi
J qrupu, III tur

20 oktyabr
21.00 Qarabağ (Azərbaycan) - PAOK (Yunanıstan)
Hakimlər: Alon Yefet, Danni Krasikov, Nissan Davidi, Kiril Balikin (İsrail).
Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler (İsrail).
Hakim-inspektor: İqor İşenko (Ukrayna).
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

1

Fiorentina

2

1

1

0

5-1

4

2

PAOK

2

1

1

0

2-1

4

3

Slovan

2

0

1

1

3-4

1

4

Qarabağ

2

0

1

1

3-7

1


Fanat.Az

Tags:  Qarabağ Yunanıstan klubuna qarşı YENİLƏNİR


RƏYLƏR


Top news